Bakı şəhərinin parklanma strategiyası hazırlanır

Bakı şəhərinin parklanma strategiyası hazırlanır

Bakıda nəqliyyat problemlərinin aradan qaldırılmasına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanır. SİA-nın xəbərinə görə, bu barədə Nəqliyyat Nazirliyi Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin sektor müdiri Heydər Turabov II Xəzər Beynəlxalq "Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları" konfransında çıxış edərkən deyib.

O bildirib ki, proqramda mövcud yolların yenidən qurulması və yeni yolların tikilməsi, yeraltı və yerüstü piyada keçidlərinin inşası, yeni avtomobil qovşaqlarının tikilməsi və digər məsələlər öz əksini tapıb.

Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi həmçinin Bakı şəhərinin parklanma strategiyasını da hazırlayıb: "Sənəddə bu sahədə olan problemlərin həlli yolları əks olunub. Strategiya Bakıda 71 parkinq ərazisinin tikintisini nəzərdə tutur. Proqramda paytaxt üç parkinq zonasına bölünüb və zona üçün parklanmanın növləri, yerləri müəyyənləşdirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə