Bakıda 50-yə yaxın metro stansiyasının tikintisi nəzərdə tutulub

Bakıda 50-yə yaxın metro stansiyasının tikintisi nəzərdə tutulub

"Paytaxtda 50-yə yaxın metro stansiyasının tikintisi nəzərdə tutulub. Əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni avtobuslar və taksilər də gətiriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Nazir müavini həmçinin Bakıda parkinqlərin yerli icra hakimiyyətlərinin nəzarətinə verilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, şəhərdə nəqliyyatın idarə olunması ilə təkcə Nəqliyyat Nazirliyi məşğul olmur: "Son zamanlar yeraltı, yerüstü parkinqlərin tikilməsi, o cümlədən küçə parkinqinin tənzimlənməsi öz nəticəsini verir. Bakının mərkəzində tıxacların sayı azalıb. Bu istiqamətdə işlər davam etdiriləcək".

Musa Pənahov eyni zamanda deyib ki, Bakıda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənişinin tətbiqi prosesi ilin sonuna kimi başa çatacaq. Hazırda Bakıda 2500-ə yaxın avtobus çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə