"Bakı və Sumqayıt şəhərləri arasında yüngül elektrik nəqliyyat vasitələrinin olması nəzərdə tutulur. Çünki bu istiqamətdə insan axını həddindən artıq çoxdur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
M. Pənahovun sözlərinə görə, hazırda bununla bağlı layihələr işlənir və bu sahədə kifayət qədər təkliflər var.
Nazir müavini eyni zamanda, bu il ərzində avtobusların iştirakı ilə baş verən qəzaların sayının azaldığını da deyib: "Təbii ki, bununla kifayətlənmək olmaz. Sürücülərlə bağlı kifayət qədər işlər görülür. Misal olaraq, ötən il ərzində 130 sürücü hərəkət qaydalarını pozduğuna görə işdən azad edilib. Biz çalışacağıq ki, bu hallar daha da azalsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB