Nazir müavini: "Oktyabrda ilk işçi qatar Türkiyə ilə sərhədə qədər gedəcək"

Nazir müavini: "Oktyabrda ilk işçi qatar Türkiyə ilə sərhədə qədər gedəcək"

"Gələn il istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tiflis-Qars dəmir yolunda sərnişinlərin gediş haqqına dair məsələlər hazırda müzakirə olunur. Sözsüz ki, təyyarə ilə müqayisədə qatarla gediş haqqı daha ucuz olacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, vaxt baxımından təyyarə daha sürətlidir və insanlara sərf edir: "Lakin istirahət və rahat getmək istəyən insanlar üçün də elə tariflər müəyyənləşdiriləcək ki, bu marşrutdan istifadə etmək onlara da əlverişli olsun.

Nazir müavini əlavə edib ki, bu ilin oktyabrında ilk işçi qatar Türkiyə ilə sərhədə qədər gedəcək: "2015-ci ildə üç ölkə arasında xətləri birləşdirəcək və hərəkəti təşkil edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə