Ümummilli lider Heydər Əliyevin uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın və Türkiyənin iqtisadi inkişafı istiqamətində böyük imkanlar yaratmışdır. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müsahibəsində qardaş ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamikası barədə məlumat verərək demişdir: "Siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsindədir və ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə 2010-cu il sentyabrın 15-də İstanbulda imzalanmış Birgə Bəyannamədə bir daha təsdiqini tapmışdır. Ümumilikdə Azərbaycan ilə Türkiyə arasında 180-ə yaxın, o cümlədən iqtisadi sahədə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutma, gömrük sahələrində sazişlər daxil olmaqla 40 ikitərəfli sənəd imzalanmışdır. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,99 milyard ABŞ dolları səviyyəsində olmuşdur. Türkiyənin Azərbaycanda əsas kapitala yatırdığı sərmayənin məbləği 2,6 milyard dollar təşkil etmişdir. Bu, ölkəmizdəki xarici sərmayənin 6,5 faizini təşkil etməklə, beşinci yerə sahib olmaqdır. Azərbaycanın qeyri-neft sektorunda Türkiyə sərmayəsinin payı 1,9 milyard dollar təşkil edir ki, bu da xarici sərmayələrin 25,5 faizi olmaqla birinci yer deməkdir. Azərbaycanın isə Türkiyədə yatırdığı sərmayənin məbləği 5 milyard dollara yaxın olmuşdur. Türkiyədə xarici sərmayədarlar sırasında lider olan Azərbaycan 2018-ci ilədək qardaş ölkəyə yönəltdiyi investisiyanın məbləğini 17 milyard dollara çatdırmaq niyyətindədir".
Sabir Şahtaxtı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB