Bakıda iş axtaranların nəzərinə!

Bakının Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək
Bakıda iş axtaranların nəzərinə!

İyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakıda növbəti əmək yarmarkası təşkil olunacaq. Nazirlikdən verilən məlumata görə, Bakı Tennis Akademiyasında (Binəqədi r-nu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küç., 3158/3156, "Azadlıq" metrosunun yaxınlığı) baş tutacaq tədbirdə paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək.

Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə