"Azərbaycandan dünya bazarlarına 347 milyon ton neft icrax edilib”
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından hazırda 76 hasilat quyusundan ayda 2,8 milyon tona qədər neft, 1,2 milyard kubmetrə qədər qaz hasil olunur.
SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən XXI Beynəlxalq Xəzər Neft və Qaz konfransında çıxışı zamanı deyib.
O bildirib ki, artıq 15 ildir ki, Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Onun sözlərinə görə, AÇG fəaliyyətə başlayan müddətdən 335 milyon ton neft və 96 milyard kubmetr qaz hasil olunub.
Vitse-prezident vurğulayıb ki, 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdu: "Həmin ilin dekabrından isə Azərbaycanın mənfəət nefti bazarlara çıxarılıb.
2014-cü ilin iyun ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 179 milyon tona qədər mənfəət nefti satılıb. 2013-cü ildə AÇG yataqlarından hasil edilmiş 32,7 milyon ton neftin 22,5 milyon tonu yəni təxminən 69%-i Azərbaycanın payına düşən mənfəət nefti olub. 2014-cü il iyunun 1-dək dünya bazarlarına 347 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 247 milyon ton, Bakı-Supsa boru kəməri ilə 68 milyon ton, Bakı-Novorrosiysk kəməri ilə 11,3 milyon, dəmir yolu ilə 20,3 milyon ton neft ixrac edilib".
X. Yusifzadə həmçinin bildirib ki, Əsrin müqaviləsi Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan "Şahdəniz" yatağının kəşfi və "Şahdəniz" qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyada böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB