Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında uğurla davam edən tərəfdaşlığın növbəti mərhələyə qədəm qoyduğu vurğulanıb, iqtisadi istiqamətlər üzrə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
Qeyd edək ki, 23-24 iyun tarixlərində Londonda İnternet İdarəçiliyi Problemləri üzrə Nazirlər Toplantısı, 25 iyunda isə I Britaniya-Azərbaycan Yüksək Texnologiyalar Forumu keçiriləcək. Sözügedən tədbirlərdə nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB