Kyetil Tunqland: "TAP qaz kəməri layihəsi tikinti işlərinə hazırdır" Sekil tikildi

Kyetil Tunqland: "TAP qaz kəməri layihəsi tikinti işlərinə hazırdır" Sekil tikildi

ТАР qaz kəməri layihəsi gələn il başlanacaq tikinti işlərinə hazırlıq prosesindədir. SİA-nın xəbərinə görə, bu sözləri TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, bu prosesin mərhələlərindən biri boru kəməri marşrutunun kənarındakı torpaqların alınmasıdır.

Kyetil Tunqland vurğulayıb ki, növbəti addım lazımi müqavilələrin bağlanması olacaq: "Biz artıq bu yay hərracın təşkilinə başlayacağıq. ТАР qaz nəqlinin bütün imkanlarını araşdırır və əlavə edib ki, İtaliya ixrac halqasında yeganə bazar deyil. İtaliya digər Avropa qaz bazarları ilə bağlıdır və qazın revers edilməsi imkanına malikdir".

Tunqland həmçinin bildirib ki, qaz şəbəkəsinə malik olmayan Albaniya üçün bu gün şəbəkənin yaradılması çox vacibdir: "TАР Albaniya hökumətinin bu təşəbbüsünü dəstəkləyir. Bir müddət əvvəl Albaniyanın energetika naziri Damian Qiknuri bildirmişdir ki, ölkəsi ARDNŞ-ni Albaniyanı qazlaşdırmağa dəvət edib. TAP layihəsi Xəzər regionundan qazı Yunanıstana, Albaniyaya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, daha sonra isə Qərbi Avropaya nəql etməyi nəzərdə tutur".

Bütün xəbərlər Facebook səhifəmizdə