Rüfət Məmmədov: “Hələ ki konkret nəticələrdən danışmaq çox tezdir” AÇIQLAMA

Rüfət Məmmədov: “Hələ ki konkret nəticələrdən danışmaq çox tezdir” AÇIQLAMA

"Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə - investisiya, ticarət və s. əməkdaşlıq çox genişdir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda iştirakı zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

AZPROMO-nun rəhbərinin sözlərinə görə, Udmurtiya Respublikası və Kaluqa vilayəti ilə əməkdaşlıqda rəqəmlərə nəzər salsaq görəcəyik ki, orada ticarət sahəsini daha da inkişaf etdirmək üçün geniş potensial var: "Bu il ərzində Bakıda 4 Azərbaycan-Rusiya biznes forumu keçirilib. Amma hesab edirəm ki, hələ ki konkret nəticələrdən danışmaz çox tezdir. Çünki bu biznes forumlarda ilkin danışıqlar və müzakirələr aparılır. Bundan sonra isə şirkətlər arasında müqavilələrin bağlanması üzrə ətraflı danışıqlar gedir. Bu danışıqlar da ən azından 5-6 ayı ərzindəki bir tarixi dövrü əhatə edir. İnvestisiya layihlərində isə bu müddət daha uzun olur".

Bütün xəbərlər Facebook səhifəmizdə