ARDNŞ Rusiyaya qaz ixracını bərpa edir

ARDNŞ Rusiyaya qaz ixracını bərpa edir

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dünəndən etibarən Rusiyaya qaz ixracını bərpa edib. SİA-nın məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ixracın həcmi sutka 2 mln. kubmetrə bərabərdir.

Qeyd edək ki, Azərbaycan qazının Rusiyaya ixracı bu ilin əvvəlində dayandırılıb. Buna səbəb Bakı-Dağıstan avtomobil yolunun tikintisində aparılan təmir işləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə