Natiq Əliyev: “Azərbaycanın enerji sisteminin gücü respublikanın enerjiyə olan tələbatını üstələyir”
""Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsinin reallaşdırılması Qara dəniz elektrik enerjisi halqasının inkişafına öz töhfəsini verəcək ki, bu da Azərbaycana öz enerji təhlükəsizliyini möhkəmləndirməyə və elektrik enerjisi ixracını təmin etməyə imkan yaradacaq"
SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın energetika naziri Natiq Əliyev çərşənbə günü Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.
Son illər ərzində Azərbaycanın elektrik enerjisi sahəsində böyük uğurlara nail olduğunu deyən nazir vurğulayıb ki, ölkədə 15-dən artıq elektrik stansiyası tikilib və yenidən qurulub: "Azərbaycanın enerji sisteminin qonşu ölkələrin analoji enerji sistemləri ilə birləşdirilməsi üzrə fəal işlər görülür. O cümlədən Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işinin təmin olunması üçün geniş fəaliyyət göstərilir. "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsi çərçivəsində aparılan texniki işlər Türkiyəyə, perspektivdə isə Avropaya elektrik enerjisi ixracının təmin edilməsinə imkan verir. Hazırda Azərbaycanın enerji sisteminin gücü 7105 meqavatt təşkil edir ki, bu da respublikanın elektrik enerjisinə olan tələbatını 1500 meqavatt üstələyir. Ölkə hər il 22 milyard kilovatt/saata yaxın elektrik enerjisi istehsal etməyə qadirdir ki, bu da 2 milyard kilovatt/saat həcmində ixrac potensialı yaradır".
N. Əliyev Azərbaycan Avropaya qaz ixracına başlanmasının astanasında olduğunu da qeyd edib: "Azərbaycan qazı perspektivdə İtaliyadan o yana gedəcək və Mərkəzi Avropaya çatacaq.
2013-cü ildə ölkədə 43,5 milyon ton neft və 29,5 milyard kubmetr qaz hasil olunub".
Ölkənin karbohidrogen ehtiyatlarına gəlincə, nazir söyləyib ki, ölkənin karbohidrogen ehtiyatları qiymətləndiriləndən xeyli çoxdur: "Lakin Azərbaycanın karbohidrogen ehtiyatları ilə bağlı müxtəlif şirkətlərin və təşkilatların qiymətləndirmələri bədbindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB