Bu gün Bakıda Maliyyə İnnovasiyalar Forumu (Azerbaijan Financial Innovation Forum 2014) keçirilib. SİA-nın məlumatına görə, forumda dünyanın PFS, "Saxo Bank", APEX, CARD, "Credit Andorra Bank", Sankt-Peterburq Birjası, "Otkrıtie" Korporasiyası kimi innovasiya, maliyyə və hüquqi sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib.
İki günlük qlobal forumun məqsədi Azərbaycanın maliyyə bazarının inkişafı və Bakının beynəlxalq maliyyə mərkəzlərindən birinə çevrilməsindən ibarətdir. Tədbir yerli maliyyə biznesinin, həmçinin banklar və lizinq şirkətləri üçün dünya miqyasında investisiya bazarında böyük oyunçular olan şirkətlərlə ikitərəfli görüşlərin keçirilməsi üçün gözəl imkanlar yaradacaq.
Dünyanın aparıcı konsaltinq şirkəti olan "Hansa FinCon" tərəfindən təşkil olunan forumun proqramına dünya miqyasında qlobal və Azərbaycan investisiya bazarının, innovasiyalardakı investisiyaların, hedc fondlarının (Hedge fund) fəaliyyəti, vençur kapital yatırma, broker biznesi və s. müzakirələri daxildir.
Forumda Azərbaycanın aparıcı banklarının, sığorta və digər şirkətlərinin nümayəndələri iştirak edib.
Forum çərçivəsində özəlliklə Xəzər regionunda Privat Bankinq, HNWI premium seqmenti üçün aktivlərin idarəolunması, regionda broker xidmətlərinin irəliləyişi, holdinq şirkətləri və investisiya qurumları, "Venture Capital & Private Equity", investisiyalar və əmlak, beynəlxalq vergi planlaşdırılması, Azərbaycanın maliyyə sektoru, AIFMD, UCITS, maliyyə planlaşdırılması, Asiya-Sakit Okean regionu, Azərbaycan bazarına çıxmaq imkanları, həmçinin Azərbaycan və Xəzəryanı şirkətlərin Avropa bazarına çıxmaq imkanları kimi aktual məsələlərə də baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB