“Ekol Mühəndislik Xidmətləri” QSC XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin iştirakçısıdır
Xəbər verildiyi kimi, iyunun 3-də "Bakı Ekspo" Mərkəzində Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan XXI Beynəlxalq Xəzər neft və qaz sərgisi açılmışdır. "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti də bu möhtəşəm sərgidə maraqlı stendi ilə iştirak edir.
QSC-nin xidmət sahələrini və həyata keçirdiyi ekoloji layihələri əks etdirən stend, elektron məlumatlar və əyani materiallar sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.
Yüksək səviyyədə təşkil olunmuş, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər, idarə və müəssisələr arasında tanışlıq və əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaratmış XXI Beynəlxalq Xəzər neft və qaz sərgisi sərgi və konfransı iyunun 6-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB