Bakıda “Xəzər neft və qaz” sərgi və konfransı keçiriləcək FOTOLAR
3-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun ən böyük tədbiri XXI beynəlxalq "Xəzər neft və qaz" (Caspian Oilamp;Gas 2014) sərgi və konfransı keçiriləcək. SİA-nın məlumatına görə, bu il sərgidə 29 ölkədən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70%-dan çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulub və onların arasında bilavasitə "Əsrin müqaviləsi"nin iştirakçıları var. Sərgi iştirakçılarının ümumi sayının 35%-nı yerli şirkətlər təşkil edir.
Sərgi ilə yanaşı 4-5 iyun tarixlərində 21-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransı da keçiriləcək. Bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edəcək. Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft qaz sənayəsinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin çıxışı daxil edilib.


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB