"Vəzifə dəlisi”

İrəvan Dövlət Azərbaycan Dram Teatrında yazıçı-dramaturq Xeyrəddin Qocanın "Qohumlaşaq, qonşulaşaq, kirvələşək" adlı əsəri əsasında hazırlanmış "Vəzifə dəlisi" tamaşanın ikinci premyerası olacaq. SİA-nın məlumatına görə, tamaşaya gənc rejissor Anar Məmmədov quruluş verib.

Tamaşada əsas rolları Əməkdar Artist Esmiralda Şahbazova, aktyorlar Niyaməddin Səfərəliyev, Əhriman Elşadlı və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tamaşa mayın sonunadək paytaxtda fəaliyyət göstərən teatrlardan birinin səhnəsində təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə