Yeni quyu qazılır

"Günəşli" yatağındakı 11-ci özüldən 307 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 3400 metr olan quyu Şirkətin "SOCAR AQŞ" müştərək müəssisəsitərəfindən Fasilə Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 60 ton neft, 10 min kubmetr qaz hasil ediləcək.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə