Bu gün saat 22:00-dan etibarən Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti mərhələlərlə məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, mayın 19-u axşam saat 22:00-dan etibarən paytaxtın Əhməd Rəcəbli küçəsində Təbriz küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB