Çayçılıq təsərrüfatında istifadə etmək və sınaq məqsədilə Lənkərana mini-texnika gətirilib

Çayçılıq təsərrüfatında istifadə etmək və sınaq məqsədilə Lənkərana mini-texnika gətirilib

Çayçılıqla məşğul olan fermerlərin və məhsul istehsalçılarının arzuları reallaşmaq üzrədir. Əsasən texnika cəhətdən əziyyət çəkən fermerlərin üzləşdiyi bu problem öz həllini tapmaqdadır. Xəbər verilir ki, çayçılıq təsərrüfatında istifadə olunmaq və sınaq məqsədilə Lənkəran rayonuna mini-texnika gətirilib. Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çay filialının direktoru Fərman Abdullayev bildirmişdir ki, mini-texnika çayçılıqda böyük səmərə verə bilər. Gələcəkdə bu texnikanın imkanlarından istifadə etməklə çayçılığın inkişafına, yeni plantasiyaların salınmasına nail olmaq mümkündür.

Hazırda institut çayın seleksiyası və aqrotexniki inkişafı istiqamətində işlər aparır. Yeni seleksiya növlərinin bir neçəsi sınaqdan keçirilir. Müsbət nəticə alınarsa, həmin növlər müasir üsullarla artırılaraq plantasiyalarda əkilməsi üçün fermerlərə veriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə