Valyuta ehtiyatları 5 illik məhsul idxalını təmin edir

Valyuta ehtiyatları 5 illik məhsul idxalını təmin edir

"Ötən il dünyanın müxtəlif ölkələrinin fəaliyyətində iqtisadi artımın bərpası və bu istiqamətdə görülən stimullaşdırıcı tədbirlərlə səciyyələnib". SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin bu gün keçirilən plenar iclasında "2013-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanunun müzakirəsi zamanı deyib.

O bildirib ki, bu fonda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə keçirilən tədbirlər 5,8 faizlik real iqtisadi artıma, hər nəfərə təxminən 8 min dollar ÜDM göstəricisinə və qeyri-neft sektorunun 10 faizlik səviyyəsində artım tempinə nail olmağa imkan verdi: "Uğurlar "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunmuş iqtisadiyyatın şaxələndirilməsi və inkişafı məqsədlərinə nail olunmasına yönəlib. Bundan başqa, bir il ərzində ölkənin strateji valyuta ehtiyatları sabit şəkildə artaraq ÜDM-in təqribən 70 faizini təşkil edib. Valyuta ehtiyatlarının həcmi 5 il ərzində mal və xidmət idaxlını təmin etməyə imkan verir".

V. Gülməmmədov deyib ki, 2013-cü ildə makroiqtisadi sabitlik təmin olunub və milli iqtisadiyyatın inkişafı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə