Dövlət Gömrük Komitəsi hesabat verib

Dövlət Gömrük Komitəsi hesabat verib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9 890 903,95 min. ABŞ dolları təşkil edib. SİA Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 14,5% azdır. Bu ilin 4 ayı ərzində idxal əməliyyatları 2 734 752,96 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13,1% azdır.

Belə ki, bu ilin yanvar-aprel aylarında ölkənin ixrac əməliyyatları üzrə 7 156 150,99 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 15% azdır.

Nəticədə 4 421 398,03 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1% azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə