Aydın Hüseynov: “Əldə olunan uğurlar Prezident İlham Əliyevin siyasi iradəsinin təntənəsidir"
"Azərbaycan son 10 ildə həm iqtisadi, həm də siyasi cəhətdən dünyada ən templə inkişaf edən ölkədir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı-ekspert Aydın Hüseynov deyib.
O, 2013-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın Azərbaycanın inkişafına, tərəqqisinə səs verdiyini qeyd edib. A.Hüseynov görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşlarının mənafeyinin, rahatlığının, həyat şəraitinin, sosial-rifah halının yüksəlməsinin dayandığını vurğulayıb: "Ölkəmizdə aparılan siyasətin arxasında Azərbaycan vətəndaşlarının marağı, ölkəmizin tərəqqisi dayanır. Son ildə görülən işləri, əldə olunan nailiyyətləri statistik rəqəmlərlə sadalasaq, bunu daha yaxşı görərik. Ölkənin ümumi daxili məhsulu son ildə 3,4 dəfə artıb. Hazırda ümumi daxili məhsulumuz 57 milyard manatdan çoxdur. Valyuta ehtiyatlarımız 50 milyard manatı keçib. İşsizlik 5 faizdir. Bir milyon 200 min yeni iş yeri açılıb. Ölkənin xarici borcu ümumi daxili məhsulun 8 faizinə bərarbərdir. Ölkəmizə 170 milyard dollardan çox investisiya qoyulub. Qeyri-neft sektoru 2,6 dəfə artıb. Bu nailiyyət və uğurları daha çox sadalaya bilərik. Əldə olunan nailiyyət və uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib, cənab Prezidentin qətiyyətinin və siyasi iradəsinin təntənəsidir. Ölkəmizdə aparılan iqtisadi strategiya və iqtisadi potensialın düzgün şəkildə istiqamətləndirilməsi, proqnozlaşdırılması əminlik yaradır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə nailiyyətlərimizin sayını və həcmini daha da artıracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB