“Neft Daşları”nda quyu qazılır

“Neft Daşları”nda quyu qazılır

Kompleks Qazma İşləri Tresti tərəfindən "Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan 2526 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SİA ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1490 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə