Bakıda MDB ölkələri Komissiyasının 34-cü iclası keçirilir

Bakıda MDB ölkələri Komissiyasının 34-cü iclası keçirilir

Bu gün Bakı şəhərində MBD ölkələrinin dəmir yolu nəqliyyatı rəhbərlərinin səhiyyə sahəsində qarşılıqlı fəaliyyət üzrə Komissiyasının 34-cü iclası keçirilir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan, Rusiya Federasiyası, Belarus, Ukrayna, Gürcüstan, Qasaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Respublikalarının dəmir yolu səhiyyə təşkilatlarının nümayəndələri iştirak edir.

Tədbiri giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanov qonaqları salamlayıb və iclasın işinə uğurlar arzulayıb.

"Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti, Komissiyanın rəhbəri Oleq Yuriyeviç Atkovun sədrliyi ilə keçən tədbirdə "Birlik üzvü olan ölkələrin dəmir yolu nəqliyyatı rəhbərlərinin dəmir yolu səhiyyə təşkilatlarına müalicəyə göndərilmə zamanı sanator-kurort müalicəsi xidmətlərinin göstərilməsi zamanı qarşılıqlı fəaliyyətləri barədə", "Sanitar-texniki vəziyyətləri sanitar qaydalara cavab verməyən qatarların Birlik üzvü ölkələrin ərazisinə daxil olmasına qadağa qoyulma mexanizminin tətbiqi barədə", "Beynəlxalq iştiraklı kütləvi tədbirlərə hazırlıq və tədbirlərin aparılma ərəfəsində dəmir yolu nəqliyyatı obyektlərində sanitar-epidemioloji əmin-amanlığın təmin edilməsinin əsas prinsipləri barədə", "Azərbaycan Respublikasının dəmir yollarında qatarların hərəkət təhlükəsizliyinin tibbi təminatının və daşınmaların sanitar-epidemioloji təhlükəsizliyinin təşkili barədə" layihələr müzakirə olunur.

Xatırladaq ki, ilk dəfə 30 sentyabr 1997-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində MBD ölkələrinin dəmir yolu nəqliyyatı rəhbərlərinin səhiyyə sahəsində qarşılıqlı fəaliyyət üzrə Komissiyanın yaradılması barədə protokol imzalanıb. Yarandığı vaxtdan bu günə kimi Komissiyanın işçi qrupları tərəfindən sanitar-epidemioloji və müalicə-profilaktika xidmətlərinə dair məsələlər üzrə bir sıra vacib proqramlar işlənib hazırlanıb, "Birlik üzvü ölkələrin və Latviya, Litva Respublikalarının dəmir yolu nəqliyyatı rəhbərlərinin karantin və xüsusi təhlükəli xəstəliklərin gətirilməsi və qarşısının alınması üzrə qarşılıqlı fəaliyyətləri barədə təlimat", "Dəmir yolu nəqliyyatında dövlətlərarası sərnişin daşımalarının təşkilinin sanitar qaydaları barədə", dəmir yolu nəqliyyatında fövqəladə hallar zamanı tibbi-sanitar ağırlaşmaların ləğv edilməsi tibb sahəsində elmi-praktik əməkdaşlıq üzrə "Birlik üzvü ölkələrin dəmir yolu nəqliyyatı rəhbərlərinə yardımın təşkilinin qaydalı", "Birlik üzvü ölkələrin müalicə-profilaktika müəssisələrində müasir texnologiyanın tətbiqi barədə" və digər sənədlər qəbul olunub və dəmir yolu səhiyyəsinin praktik fəaliyyətində tətbiq edilib.

Qeyd edək ki, iclasın sonunda müvafiq protokol imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə