Mənzil və kommunal təsərrüfatı, yanacaq və enerji, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət xərclərinə bütövlükdə 8207,5 mln. manat vəsait yönəldilib ki, bu da
2012-ci illə müqayisədə 1246,8 mln. manat və yaxud 17,9 faiz çoxdur. SİA-nın xəbərinə görə, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 42,9 faiz təşkil edib
Mənzil və kommunal təsərrüfatı xərcləri üzrə nəzərdə tutulan 399 mln. manat proqnoza qarşı icra 398,3 mln. manat və yaxud 99,8 faiz olub.
2013-cü il dövət büdcəsinin cari xərclərindən mənzil və kommunal təsərrüfatı xərclərinə ayrılan vəsaitin xüsusi çəkisi 2,1 faiz təşkil edib. Həmin bölmədən funksional təsnifat üzrə mənzil təsərrüfatı xərclərinə 115,4 mln. manat və yaxud 2012-ci illə müqayisədə 13,4 mln. manat (13,1 faiz) çox, kommunal təsərrüfatı xərclərinə 270,9 mln. manat, su təsərrüfatına 11,5 mln. manat və mənzil kommunal təsərrüfatı ilə bağlı digər xərclərə 0,5 mln. manat vəsait yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq mənzil və kommunal təsərrüfatı xərclərindən abadlaşdırma xidmətləri haqqının ödənilməsinə 201,2 mln. manat, məhsula görə ödənişlərə 39,1 mln. manat və yaxud 2012-ci illə müqayisədə 4,9 mln. manat (14,3 faiz) çox, yolların əsaslı təmirinə 48,4 mln. manat, istehsalat obyektlərinin əsaslı təmirinə 10 mln. manat, mənzil fondunun əsaslı təmirinə 10,4 mln. manat, qeyri-maliyyə aktivlərinin alınmasına 38,7 mln. manat, sair xərclərə 50,5 mln. manat vəsait sərf edilib.
2013-cü il dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı bölməsindən istilik təchizatı ilə bağlı xərclər üçün 21,2 mln. manat, əhalinin, xüsusilə də kənd əhalisinin su ilə təminatının yaxşılaşdırılmasına 11,5 mln. manat, respublikanın müxtəlif şəhər və rayonlarında salınan məcburi köçkün qəsəbələrində məşkunlaşan əhaliyə göstərilən mənzil-məişət və kommunal xidmətlər üçün 3,4 mln. manat vəsait yönəldilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB