31 may tarixində "AtaTravel" MMC-nin dəstəyi ilə "Nüfuzun idarə olunmasında İctimaiyyətlə Əlaqələrin rolu" mövzusunda dəyirmi masa təşkil olunacaq. Tədbirdə "AtaHolding", "AtaSığorta", "Excelsior Hotel Baku", "AtaTravel", "AtaBank" əməkdaşları, eləcə də Bank VTB (Azərbaycan) MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisləri iştirak edəcəklər.
"AtaTravel" MMC-nin direktoru Vüsal Əliyev qeyd etdi ki, "AtaHolding" şirkətlər qrupunun İctimaiyyətlə Əlaqələr üzrə mütəxəsissləri arasında mütəmadi qaydada müxtəlif İctimaiyyətlə Əlaqələr mövzusunda dəyirmi masalar təşkil olunacaq. Belə tədbirlər effektiv təcrübə mübadiləsinin təmin edilməsinə, peşəkar səviyyənin qaldırılmasına, praktiki biliklərin əldə edilməsinə kommunikativ ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə gətirib çıxarır.
Dəyirmi masanın iştirakçıları innovativ İctimaiyyətlə Əlaqələr texnologiyalarını, İctimaiyyətlə Əlaqələrin strateji rolunu, imicin və nüfuzun müqayisəli analizini, böhranlı kommunikasiyaların idarə olunmasını, ölkəmizdə ictimaiyyətlə əlaqələrin qurulması xüsusiyyətlərini müzakirə edəcəklər. Tədbirdə "AtaHolding" ASC-nin Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova "Nüfuzun idarə olunmasında İctimaiyyətlə Əlaqələrin Rolu" mövzusunda məruzə edəcək. Bundan əlavə, Bank VTB (Azərbaycan) MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisləri Polad Həmidov və digərləri çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB