ARDNŞ neft emalı üzrə qurğusunu istismara verdi

ARDNŞ neft emalı üzrə qurğusunu istismara verdi

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodunun əsas istehsalat obyektlərindən sayılan neftin ilkin emalı üzrə 21 nömrəli ED-AV-6 qurğusu əsaslı təmirdən sonra istismara buraxılıb.

ARDNŞ-dən SİA-ya verilən məlumata görə, təmir zamanı S-1/1 sobasının nəqliyyat xəttinə qədər olan çıxış xətləri, S-1/2 və S-1/3 sobalarının daxilində radiant hissənin boruları dəyişdirilib, S-1/2 və S-1/3 sobalarından K-2 kolonuna gedən nəqliyyat xətləri və K-2 kolonunun əlaqələndirici xətləri yeniləri ilə əvəz olunub, mövcud vakuumyaradıcı sistemi yenidən qurulub.

Bundan başqa, R-201 reaktorunun daxilində kaskad boşqabların bir neçəsi dəyişdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə