"Azərbaycanla Fransa arasında əlaqələr geniş şəkildə inkişaf edir". SİA-nın xəbərinə görə, bu sözləri Fransa prezidenti Fransua Olland Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Fransa ilə Azərbaycan arasında ticarət mübadiləsi də yüksək səviyyədədir.
Onun sözlərinə görə, Fransa Azərbaycanın 7-ci tərəfdaş ölkəsidir: "Azərbaycan böyük uğurlar əldə edib. Ölkə həm nəqliyyat, tikinti, həm də enerji sektoruna investisiyalar cəlb edə bilib. Azərbaycanın bu cür inkişafı region, eləcə də dünya üçün nümunədir. Həm Azərbaycan, həm də Fransa öz iqtisadiyyatını şaxələndirməlidir. Biz Azərbaycana mülki nüvə sektoru, nəqliyyat, tikinti, kənd təsərrüfatı, kosmik sahədə, şəhərsalma və tullantıların idarə edilməsində, rəqəmsal texnologiyada köməklik göstərməyə hazırıq. Bakı ilə digər şəhərlərin texnoloji inkişafına yardım etmək üçün sizin sərəncamınızdayıq. Fransanın əsas prioritetlərindən birini uzunmüddətli əməkdaşlıq təşkil edir. Xüsusi olaraq Azərbaycan kimi gənc və inkişaf edən ölkələr Fransa üçün maraq doğurur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB