Aprel ayında DGK tərəfindən büdcəyə 133 mln-dan çox vəsait köçürülüb

Aprel ayında DGK tərəfindən büdcəyə 133 mln-dan çox vəsait köçürülüb

Bu ilin aprel ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə 133 mln 560,5 min manat vəsait köçürülüb.

SİA-nın DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ay ilə müqayisədə 0,1% azdır. Ötən ilin aprel ayı ilə müqayisədə isə bu rəqəm 14,9% çox olub.

Belə ki, hesabat ayında DGK-nin xətti ilə büdcəyə köçürülən vəsaitin 22888,1 min. manatı gömrük rüsumu, 103533,37 min. manatı ƏDV, 5720,11 min. manatı aksizlər, 1418,98 min. manatı yol vergisi üzrə ödəmələrin payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə