Mərkəzi Bank banklara şərt qoydu

"İstehlakçılara müxtəlif təyinatlı istehlak kreditləri çox verildiyi üçün bank hərarəti yaranıb və bunu soyutmağa ehtiyac var". SİA-nın məlumatına görə, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məqsədlə avtomobillərin alınması, o cümlədən istehlak kreditləri ilə bağlı qaydalar sərtləşdirilib, yeni avtomobillərlə bağlı ilkin ödənişin miqdarı artırılıb, eyni zamanda istehlak kreditləri üçün müraciət edən şəxslərdən iş yerindən arayış və digər sənədlərin istənilməsi, onların gəlirlərinin müəyyənləşdirilməsi tələbi qoyulub: "Əvvəllər banklar asan şərtlərlə, yüksək faiz dərəcələri ilə kreditlər veriblər. Yüksək faiz dərəcələri ilə kreditlərin verilməsi isə əhalinin ödəmə qabiliyyətinin yüksək olmaması ilə izah olunub. İndi biz kredit dərəcələrinin aşağı salınması şərtini qoymuşuq. Bununla da bazarda kreditin alıcıları real ödəmə qabiliyyətinə malik müştərilər olacaq. Yəni banklar artıq əhalinin ödəmə qabiliyyətinin az olduğunu əsas gətirərək yüksək kredit dərəcələri tələb etməyəcəklər. Kredit dərəcələrinin nə qədər aşağı salınacağını isə hələ ki, rəqəmlə ifadə etmək mümkün deyil".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə