Heydər Əsədov “Belarus” tipli 125 traktora baxış keçirib

Heydər Əsədov “Belarus” tipli 125 traktora baxış keçirib

Kənd təsərrüfatı naziri Heydər Əsədov "Aqrolizinq" ASC-nin Tovuz "Aqroservis" filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış "Belarus" tipli 125 traktora baxış keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir əvvəlcə filialda yaradılmış şəraitlə tanış olub. Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edən Heydər Əsədov dövlət başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, Tovuz "Aqroservis" filialına gətirilmiş 125 ədəd traktordan 43-ü bu gün fermer və sahibkarlara lizinq yolu ilə verilir. Nazir bildirib ki, fermerlər qarşılaşdıqları hər hansı problemlə bağlı nazirlikdə yaradılan "Qaynar xətt" (1652) ilə əlaqə saxlaya bilərlər.

Traktor alan fermerlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir daha sonra Tovuzda fəaliyyət göstərən Dövlət toxumçuluq təsərrüfatında, Rayon Baytarlıq və Fitosanitar Xidməti idarələrində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə