Bu gecə Bakıda daha 3 yolda hərəkət məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, bu gün axşam saat 22:00-dan etibarən paytaxtın Füzuli və Şamil Əzizbəyov küçələri, eləcə də Bülbül prospektində yolun üfüqi nişanlanması işlərinin aparılmasına başlanacaq. Bununla əlaqədar adıçəkilən yollarda nəqliyyatın hərəkəti mərhələlərlə məhdudlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB