"Global Stats" statistika mərkəzi 2014-cü ilin yanvar-aprel ayları üzrə sosial şəbəkə istifadəçilərinin sayı ilə bağlı hesabat təqdim edib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, hazırda Azərbaycanda "Facebook" sosial şəbəkəsindən 1 milyon 360 min nəfər istifadə edir. Belə ki, 2014-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 5,48% artıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə "Facebook" istifadəçilərinin sayında 3,15% artım qeydə alınıb.
Qeyd edək ki, "Facebook" Azərbaycanda ən populyar sosial şəbəkədir. Onun sosial media bazarında payı 68,63%-dir. "Global Stats"ın statistikasına əsasən, yanvar-aprel aylarında ölkəmizdə "YouTube" videohostinqinin istifadəçilərinin sayı isə 30,54% artıb. Belə ki, "YouTube"-un Azərbaycanda bazar payı 8,59% təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB