Aprel ayında Azərbaycanda 1.8 mlrd elektrik enerjisi istehsal edilib

Aprel ayında Azərbaycanda 1.8 mlrd elektrik enerjisi istehsal edilib

Bu ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. Kv/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin analoji dövrün göstəricisi ilə eynidir.

"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, bu ilin ötən dörd ayı ərzində isə 8 mlrd. Kv/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2,5% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə