Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin aprel ayında 7 min 141 ton dizel yanacağı, 524 ton təyyarə yanacağı və 14 min 318 ton vakuum qazoylu ixrac edib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, ümumilikdə, 2014-cü ilin yanvar-aprel ayları ərzində 383 ton avtomobil benzini, 250 min 104 ton dizel yanacağı, 35 min 467 ton təyyarə yanacağı və 48 min 766 ton vakuum qazoylu ixrac edilib. 2014-cü ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1008,13 dollar, təyyarə yanacağının - 942,11 dollar, dizel yanacağının - 895,21 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB