"Bakının Nobel prospekti ilə Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidi inşa olunur. Piyada keçidinin 4 giriş-çıxışı olacaq. Onlardan biri "Ağ şəhər"ə, biri Azərbaycan Boks Federasiyasına, digər ikisi isə Dənizkənarı Park istiqamətində olacaq". Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
O bildirib ki, keçidin hər tərəfində 2-si olmaqla ümumilikdə 8 eskalator quraşdırılacaq: "Yerüstü piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, yerdən hündürlüyü isə 3,2 metr olacaq. Hazırda inşaat ərazisində svay vurma işləri gedir. Piyada keçidinin inşasının 2014-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB