Paytaxt Bakının Səbail rayonunda bir neçə yolda bu gecə məhdudiyyətlər yaranacaq. SİA-nın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, məhdudiyyət yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.
Bu gün saat 22:00-dan etibarən, Səbail rayonu Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin və Lermontov küçələrində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB