Komitə sədri: "Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb"

Komitə sədri: "Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb"

" "Avro-4" standartlarının tətbiq olunması ilə bağlı ölkəmizə idxal olunan avtomobillərin sayı azalıb". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev belə deyib.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar olaraq, ticarət dövriyyəsi ötən illə müqayisədə 20% azalıb: "Nəticədə, ölkəmizə metal konstruksiyaların, qara metalların idxalında da azalmalar müşahidə olunur. Bundan başqa, bəzən insanlar elə düşünür ki, avtomobilin ili yenidirsə, bu mütləq "Avro - 4" standartlarına cavab verməlidir. Azərbaycana idxal olunan hər bir gətirilən maşın gömrük ekspertizası tərəfindən Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə baxış həyata keçirilir. "Avro - 4" standartlarına cavab verməyən avtomobillər ölkəyə buraxılmır".

Aydın Əliyev bildirib ki, Azərbaycan narkotik vasitələr əsasən Əfqanıstan-İran marşrut xətti ilə keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə