Aydın Əliyev: "Gömrük orqanlarında tətbiq olunan yeni qaydalara yeniliklər edilib"

Aydın Əliyev: "Gömrük orqanlarında tətbiq olunan yeni qaydalara yeniliklər edilib"

"Son bir ildə gömrük orqanlarında tətbiq olunan yeni qaydalara yeniliklər edilib". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev belə deyib.

Onun sözlərinə görə, komitə sahibkarlarla gömrük orqanlarının birgə fəaliyyəti ilə bağlı hökumətə müəyyən təkliflər verib: "Bunlar iki qanunverici aktla bağlıdır. Aktlardan birincisi, Gömrük Məcəlləsində yüklərin sənədlərinin rəsmiləşdirilməsi müddətinin 72 saatdan 24 saat endirilməsi nəzərdə tutulub. İkincisi, ölkə başçısının 1997-ci ildə "Xarici ticarətin daha da liberallaşdırılması ilə bağlı" Fərmana dəyişikliklərin olunması ilə əlaqədardır. Burada ən vacib təklif isə gömrük orqanlarına təqdim olunan sənədlərlə, yəni verilən təkliflərin tənzimlənməsi ilə bağlıdır. Bu, ən vacib məsələlərdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə