“Ağdaş Elektrik Şəbəkəsi” hesabat verdi

“Ağdaş Elektrik Şəbəkəsi” hesabat verdi

"Ağdaş Elektrik Şəbəkəsi"ndə istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə həyata keçirilən yenidənqurma və təmir-tikinti işləri cari ilin son üç ayında da uğurla həyata keçirililb. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik "Dəhnəxəlil", "Pirkəkə" və digər EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, o cümlədən 4,5 kilometr xətt də təmir edilib. Sözügedən dövrdə 0,4 kV-lik xətlərin isə 7 kilometrə yaxın hissəsində təmir işləri aparılıb. Buraya şəhərin "20 yanvar" və "İstiqlal" küçələrində, "Aralbir", "Yuxarı Ləki" və s. kəndlərdə olan 0,4 kV-lik xətlər aiddir.

Hesabat dövründə balans mənsubiyyətinə aid olan 6 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib və ümüumi gücü 1 MVA-dan artıq olan üç transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulub. Hazırda mövsümə hazırlıq çərçivəsində həm yarımstansiyalarda, həm transformator və komplekt transformator məntəqələrində, həm də xətlərdə cari və əsaslı təmir işləri davam etdirilir. Cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 16 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar ediləb qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 53 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 3,2 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilib. Cari ilin I rübü ərzində isə burada 50-ə yaxın qayda pozuntusu aşkar edilərək akt tərtib olunub. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 153,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 9,2 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.

Cari ilin mart ayında müəssisənin xidmət ərazisində 6,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 888 min kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 514 min kilovatsaatdan çox artaraq 3,8 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 9 faizə yaxın artıb. Qeyd olunan müddətdə müəssisə üzrə istehlak 21,2 milyon kilovatsaatdan artıq olub. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,1 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 9 faiz artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 12,8 milyon kilovatsaatdan artıq olub ki, bu da 2013-cü ildəki istehlakdan 1,3 milyon kilovatsaat çoxdur. Ödəniş isə 2013-cü illə müqayisədə mütləq 8 faizdən çox artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə