Bu gün Bakıda MDB Elektrik Enerjisi Şurasının 45-ci iclası keçirilir. SİA-nın xəbərinə görə, iclasda MDB Elektrik Enerjisi Şurası və BMT-nin Avropa İqtisadi Komissiyası qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Sənədi Rusiyanın energetika naziri Aleksandr Novak və BMT-nin Avropa İqtisadi Komissiyası icraçı katibinin müavini Andrey Vasilyev imzalayıblar.
Xatırladaq ki, iclasdan əvvəl Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Türkmənistan respublikalarının müvafiq qurumlarının yüksək rütbəli nümayəndələri Fəxri Xiyabanda olublar. Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB