"Azərbaycanda çalışan xarici və azərbaycanlı fəhlələrin əməkhaqqısı arasında 40% fərq var"
"Azərbaycanda dünyanın digər ölkələrindən gəlib fəhlə kimi çalışan şəxslə eyni işi görən azərbaycanlı fəhlənin əməkhaqqısı arasında 40% fərq var". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, xaricdən ölkəmizə gəlib, burada çalışan şəxslərə müəyyən səbəblərdən üstünlük verilməsi təbiidir: "Lakin Azərbaycanda işləyən xarici vətəndaşlarla azərbaycanlılar arasında əməkhaqqı məsələsində fərq çox böyükdür. Artıq transmilli kontraktların bağlanmasında, həmçinin şirkətlər arasında əldə olunana razılıqlarda (müqavilələrdə) xaricdən gətirilən fəhlələrin Azərbaycan vətəndaşları ilə əvəz olunması şərti qeyd edilir. Bu məsələ müvafiq dövlət orqanları tərəfindən nəzarətə götürülüb".
Millət vəkili deyib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) öz sahəsində bu məsələlərə nəzarət edir: "Gələcəkdə azərbaycanlı mütəxəssislər ölkəmizdə çalışan çoxsaylı xarici vətəndaşların yerində çalışıb yüksək maaş ala biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB