İspaniyalı nazir: “Biz bu şirkətlərin sayının artırılmasında maraqlıyıq”

İspaniyalı nazir: “Biz bu şirkətlərin sayının artırılmasında maraqlıyıq”

"İspaniya tərəfi olaraq biz Azərbaycanla qaz sahəsində əməkdaşlıqda maraqlıyıq". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İspaniya xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyo deyib.

Nazirin sözlərinə görə, İspaniya şirkətləri hazırda bu məsələləri nəzərdən keçirirlər: "Bizi Cənub Qaz Dəhlizinin tikintisi maraqlandırır. Tikinti, telekommunikasiya və suyun idarəedilməsi sahəsində lahiyələr həyata keçirən aparıcı şirkətlərimiz var. Bu sahələrdə qarşılıqlı lahiyələrin həyata keçirilməsi gözlənilir. İspaniya Azərbaycanla turizm və otellər şəbəkəsi sahəsində əməkdaşlığın qurulmasına və bu sahəyə yardım göstərilməsində də maraqlıdır.

Hazırda Azərbaycanda 30-dan çox İspaniya şirkəti fəaliyyət göstərir. Biz bu şirkətlərin sayının artırılmasında maraqlıyıq. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Madridə səfəri zamanı da müzakirəyə çıxarılacaq. Bu səfər çərçivəsində Madriddə seminar keçiriləcək və Azərbaycan şirklətlərinin ölkəmizə marağını artırmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə