ARDNŞ neft çənində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft çənində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Neft Şirkətindən SİA-ya verilən məlumata görə, aprelin 24-də, səhər saat 09:40 radələrində "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib.
Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.
Çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB