Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Prezidentin dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə 7 mart 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunan kollegiya iclası keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, kollegiyada sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə hazırlıq, qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar, eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin hazırlanması, strukturunun formalaşması, ştat vahidi, işçilərinin say tərkibinin müəyyən edilməsi ilə bağlı məsələlərmüzakirə edilib.
İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov RYTN-in strukturuna daxil olmayan tabeliyindəki birlik və müəssisələrdə bazar iqtisadiyyatının və innovativ inkişafın tələblərinə uyğun struktur islahatlarının aparılması, işçilərin sayının iş həcminə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar verib.
Bu məqsədlə İşçi Qrupu yaradılaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla, qısa müddət ərzində təkliflərin hazırlanması prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Kollegiya iclasında hazırlıq mərhələsinin gedişatı ilə bağlı mütəmadi müzakirələrin aparılması da qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB