Sumqayıtda çörək istehsalında qanun pozuntusu aşkar edildi

Sumqayıtda çörək istehsalında qanun pozuntusu aşkar edildi

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Sumqayıtdakı çörək istehsalı ilə məşğul olan müəssisədə standartın tələblərinin pozulduğunu aşkar edib.

Komitədən SİA-ya verilən məlumata görə, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, Saray qəsəbəsində yerləşən Ağəliyev Rasim Qulu oğluna məxsus çörək istehsalı ilə məşğul olan müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Yoxlamalar zamanı müəssisədə istehsal olunan "Azərbaycan" çörəyinin uyğunluq sertifikatının olmadığı, çörək istehsalı zamanı hər hansı texnoloji təlimat və resepturadan istifadə edilmədiyi aşkar edilib. Həmçinin müəssisədə sınaqların aparılması üçün sınaq laboratoriyasının və ya hər hansı akkreditasiya olunmuş sınaq laboratoriyası ilə müqavilənin olmadığı, bu səbəbdən də məhsulun dövri sınaqlarının aparılmadığı müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə