Samuxda Aqroenerji Yaşayış Kompleksi tikilir FOTO

Samuxda Aqroenerji Yaşayış Kompleksi tikilir FOTO

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkə ərazisində tükənməyən enerji mənbələrindən daha səmərəli istifadə edilməsi məqsədi ilə Samux rayonunda Aqroenerji Yaşayış Kompleksi tikir. Agentlikdən SİA-ya verilən xəbərə görə, kompleksdə 5 MVt gücündə günəş, 5 MVt gücündə külək elektrik stansiyası, 2 MVt gücündə geotermal stansiya, 2 MVt gücündə bioqaz qurğusunun inşası nəzərdə tutulur.

Layihə çərçivəsində ilkin mərhələdə 300 ailənin məskunlaşması və işlə təmin olunması üçün binalar, sosial obyektlərlə birlikdəheyvandarlıq, quşçuluq, bitkiçilik, istixana, emal müəssisələri, suvarma sistemləridə tikiləcək. Kompleksdə bütün elektrik və istilik enerjisi təminatı ekoloji cəhətdən təmiz, tullantısız, avtonom alternativ mənbələr hesabına formalaşacaq.

Kompleksin inşasında dövlət büdcəsindən ayrılmış vəsaitlə birlikdə sahibkarlar tərəfindən də sərmayələr qoyulur.

Bütün xəbərlər Facebook səhifəmizdə