Musa Quliyev: "Azərbaycan yaxın 10 ildə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmalıdır"

Musa Quliyev: "Azərbaycan yaxın 10 ildə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmalıdır"

"Azərbaycanın sosial-iqtisadi strategiyasında iqtisadiyyatın şaxələndirilməsi prinsipi prioritet istiqamət kimi nəzərdə tutulur. Ölkəmizin hərtərəfli harmonik inkişafını təmin etmək üçün neft və qeyri-neft sektoru, Bakı, regional mərkəzlər və regionlar inkişaf etdirilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, belə inkişaf Azərbaycanın demoqrafiq situasiyasını nəzərət altında saxlamağa, əhali məskunluğunu bütün ölkə ərazisində təxminən eyni səviyyədə qorumağa, bütün ölkə ərazisində insanların fəal həyat tərzi keçirməsinə və sosial rifah halında yaşamasına şərait yaradır: "Regionların sosial-iqtisadi inkişaf proqramında da Azərbaycanın qeyri-neft sektorunun inkişaf istiqamətinin əsas güc mənbəyi kənd təsərüffatıdır. Azərbaycan əhalisi kənd təsərüffatına meyllidir. Ölkəmizin coğrafi iqlim şəraiti kənd təsərüffatı məhsullarının bir çox çeşidlərini və növlərini istehsal etməyə imkan verir. Hələ Sovet dövründə Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi vaxtında ölkəmiz üçün çox güclü kənd təsərüffatı potensialı yaradılmışdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə üzümçülük, şərabçılıq, pambıqçılıq, baramaçılıq, maldarlıq, taxılçılıq, yemçilik, quşçuluq və s. kimi sahələr güclü inkişaf etmişdi. 2000-ci ilin əvvəllərindən başlayaraq, xüsusilə 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)"nın icrasına başlanandan sonra kənd təsərüffatının inkişafına ciddi önəm verilməyə başlanıldı. Cənab Prezidentin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Fərmana görə Azərbaycan yaxın 10 ildə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmalıdır, ölkəmizin əhalisinin sosial-rifah halı bundan sonra 2 dəfə və ümumdaxili məhsul 3 dəfə artmalıdır. Bütün bunlar kənd təsərüffatını ökləmizdə qeyri-neft sektorunun ən qabaqcıl hissəsinə çevirir".

Millət vəkili bildirib ki, dünyada ərzaq təhlükəsizliyinin bir çox ölkələr üçün problemə çevrilməsi, Azərbaycan əhalisinin yerli ərzaq məhsulları ilə kifayət qədər geniş şəkildə təmin edilməsinin zəruriliyinin ortaya çıxması, ölkəmizdə eksport potensialında kənd təsərüffatının payının daha yüksək ola bilməsi nəzərdə tutularaq, dövlət proqramlarında, fərman və sərəncamlarda, Milli Məclisin qəbul etdiyi qanunlarda, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlarda kənd təsərüffatına önəm verilməsi, subsidiyaların, dövlət büdcəsindən ayırmaların məbləğinin artırılması, bu sahəyə qoyulan investisiyaların artırılması, kənd təsərüffatı iqtisadiyyatının səmərəliliyinin yüksəldilməsi cənab Prezident tərəfindən məsələ kimi hökumətin qarşısına qoyulub və bu istiqamətdə işlər gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə