Ölkədə 120 min hektar sahədə yazlıq bitkilər əkilib

Ölkədə 120 min hektar sahədə yazlıq bitkilər əkilib

Bu ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 551,8 mln. manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3%, bitkiçilik məhsulları üzrə isə 5,5% artıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, respublikada yazlıq bitkilərin kütləvi əkininə başlanıb. Aprelin 1-nə olan vəziyyətə görə, ölkədə 120 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çox sahədə yazlıq bitkilər əkilib.

Mövsümün əvvəlindən 11,3 min hektarda dənli və dənli paxlalı bitkilər (qarğıdalı ilə), 29,5 min hektarda kartof, 25,1 min hektarda tərəvəz bitkiləri, 3,7 min hektarda ərzaq üçün bostan bitkiləri, 46,2 min hektarda çoxillik otlar, 1,8 min hektarda emal üçün şəkər çuğunduru, 2,1 min hektarda dən üçün günəbaxan əkilib.

Təsərrüfatlarda yanvar-mart aylarında keçən ildəkindən 9,4% çox istixana və faraş tərəvəz məhsulları istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə