Binəqədidə hərəkətin sıx olduğu yollardan biri genişləndirilir

Binəqədidə hərəkətin sıx olduğu yollardan biri genişləndirilir

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində hərəkətin sıx olduğu yollardan biri olan Ordubadi küçəsi genişləndirilir. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, yolun 670 metrlik hissəsi 9 metrdən 12 metrədək genişləndirilir. Yolun asfalt-beton örtüyünün salınması işləri artıq başlanıb. Ərazinin Natəvan və Asəf Zeynallı küçələrində də işlər aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə